Səhv insanlar, özümüzü sübut etmək üçün boş cəhdlər, həmişə kiminsə xoşuna gəlməyə çalışmaq. Bunlar sözün əsl mənasında insanların həyatını yeyir. Amma o anda biz bunu dərk edə bilmirik, yada gec edirik.
Niyyət olmadan sərf olunan vaxt – Hər iş niyyətlə başlayır, amma boş və hədəfsiz zaman insanı məqsəddən uzaqlaşdırır.

Qəlbi qaraldan məşğuliyyətlər – İslam qəlbi işıqlandıran, imanı gücləndirən yolları tövsiyə edir. Əks halda, insan ruhani boşluq hiss edir.

Allah insana dəyərli zaman bağışlayıb ki, onu xeyirli işlərə sərf etsin. Ömür keçicidir, amma imanla və savabla keçən zaman əbədi həyatın açarıdır