Hər bir valideyn dünyaya sağlam bir körpə gətirmək arzusu ilə yaşayır. Lakin, təəssüf ki, bəzi uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulurlar. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində yaratdığı fəsadlarla əlaqələndirirlər. Bəziləri isə bunu hətta müasir uşaqların xarakterik problemləri kimi qəbul edirlər. Reallıq isə budur ki, hazırda hiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideynlər, həm də müəllimlər üçün çətinliklər yaradırlar.

Uşaqların bu cür davranışlarına adətən məktəbəqədər və ibtidai məktəb yaşlarında rast gəlinir. Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin, narahat uşaq kimi, oxumaq, yazmaq, nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradırlar. Lakin, bunları nevroloji və psixi xəstəliklərin yaranması hesab etmək olmaz. Son dövrə qədər psixoloqlar və nevropatoloqlar bu qeyri-adi hərəkətlərin hansı səbəbdən yarandığını müəyyən edə bilmirdilər. Lakin, son illər məlum olub ki, hiperaktiv uşaqların və ümumiyyətlə bu tip çətin uşaqların beyinləri əsas etibarilə normaldır. Sadəcə, hərəkətləri diqqətini tənzimləməkdə bir qədər ləngiyir.
Hiperaktiv uşaq enerjisi çox olan, sakit durmaqda çətinlik çəkən, diqqətini bir yerə cəmləməkdə problemləri olan uşaqlardır. Onlar daim hərəkətdə olurlar və tez-tez impulsiv davranışlar göstərirlər. Bu, sadəcə xarakter xüsusiyyəti deyil, bəzi hallarda diqqət defisiti hiperaktivlik pozuntusu (ADHD) ilə əlaqəli ola bilər. Müalicə və dəstək bu uşaqların gündəlik həyatını asanlaşdırmağa kömək edir.