Bu söz böyük sözdü. Hansı ölkəyə getsən görəcəksən ki, camaat necə yaşayırsa, beyni də elə işləyir. Məsələn, almanlar – qanuna, qaydaya dəhşət bağlıdılar. Onlara görə qaydaya əməl eləsən, problem də olmaz. Elə bu düşüncəni də nəsildən-nəslə ötürürlər.

Tutaq ki, piyada zolağından keçirsən, bilirsən ki, maşın sənə yol verməlidi. Amma maşın nəinki yol vermir, əksinə sürəti artır ki, səndən qabaq keçsin. Avropada belə vəziyyətdə həm söyüşünü eşidərsən, həm də arxanca daş atarlar – çünki sənin qayda pozmağın qanuna görə cinayətdi.

Amma bizdə? Burda nəinki səsini çıxartmayacaqsan, hətta yol verməli olan sürücüyə arxadan söysən, adam maşını saxlayıb, qolda güclüdürsə səni döyər.

Sonra həmin döyülən adam bir gün maşın alar. Və əvvəllər başına gələn hər şeyi özü piyadalara eləməyə başlayar. Çünki ədalət sistemi onu əzib, kasıblığına görə haqqını tapdalayıb. O da pullu olanda, bu dəfə kasıba eyni münasibəti göstərir.

Qısası, camaatın içində gəzirəm, görürəm ki, hamının “xilas planı” pul tapmaqdı. Çünki bu ölkədə pulu olan heç bir qanunu vecinə almır. Pulsuz qalan isə həmişə altda əzilir.