Gülmək sadəcə bir reaksiya deyil, həm də sosial əlaqə qurmaq üçün bir vasitədir. Bədənin stressdən azad olması və rahatlama prosesidir. İnsanlar bir-birini güldürərək, həm də aralarındakı gərginliyi azaldır və yaxınlaşırlar. Yəni, gülmək sadəcə komik şeylərə reaksiya deyil, həm də sosial həyatda əlaqə qurma üsuludur.
Gülmək həm ən ucuz dərmandı, həm də ən yaxşı maska. Qəzəbi də gizlədir, kədəri də, hətta bəzən boşluğunu da.

Amma yenə də yaxşı ki gülmək var, yoxsa hamımız “error verən kompüter” kimi donub qalardıq. Bir də ki, düzünü desəm, gülməyən insan adama robot kimi gəlir. Gülmək — bəşəriyyətin “wifi şifrəsi” kimidi, bağlanmaq üçün vacibdi. 😄