İranın nüvə proqramı beynəlxalq münasibətlərdə mübahisəli məsələdir. Rəsmi Tehran bu proqramın sülh məqsədli olduğunu bildirir. Lakin bəzi Qərb ölkələri bu fəaliyyətin gizli şəkildə hərbi məqsədlərlə aparıldığını iddia edir. 2015-ci ildə İran ilə beynəlxalq güclər arasında nüvə razılaşması əldə olunsa da, son illərdə bu proses dalana dirənib.
xüsusilə ABŞ və İsrail, İranın nüvə proqramının silah istehsalına yönəldiyini iddia edirlər. Bu, bir çox beynəlxalq sazişlər və sanksiyalarla müşayiət olunur. İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını bildirir.