13 iyun 2025 - İsrail və İran arasında gərginlik kritik həddə çatıb.

Bu gün səhər saatlarında İsrailin "Rising Lion" kod adlı əməliyyatı çərçivəsində İranın nüvə obyektləri, hərbi infrastruktur, o cümlədən Nazir Salami və Baş Qərargah rəisi Mohammad Bagheri kimi yüksək rütbəli şəxslər hədəf alınıb

İran daha sonra yüzlərlə raket və dronla İsrailə qarşı cavab zərbələri endirib; hava hücum siqnalları verilib, bomb sığınacaqlarına çəkilmə əmri verilib, lakin ilkin informasiya əsasən ölən yoxdur

Bu gərginlik nəticəsində Neft və qızıl qiymətləri kəskin qalxıb
hava hücumları qarşılıqlı davam eləyir, savaş alovlanıb gedir.
bir gündə neftin qiyməti 7% qalxdı, təsəvvür elə. iran hörmüz boğazını bağlasa, dünya ticarəti lap od tutub yanacaq, hər şeyin qiyməti daha da qalxacaq.
qızıl da əlbəttə öz klassikasını göstərdi – savaş başlayan kimi uçdu qiymətdə.
bazar ertəsindən etibarən bu savaşın iqtisadi zərbəsi hamının cibinə dəyəcək.

qərbdə bir çox adam, siyasətçilər filan iranı haqlı sayır, deyirlər bu müdafiə idi, qaçılmazdı. vəziyyət qarışıqdı, amma daha da qarışacaq kimi durur.
xomeyni nəyi gözləyir, başa düşmürəm. Başına bomba yağır və hər keçən gün ölümə bir az daha yaxınlaşır, amma sadəcə İsrailə raket atmaqla kifayətlənir. Qorxaq İsraillə üz-üzə gəlib elit birliklərini göndərsənə. Adamlar sənin ölkəndə at oynadıb əməliyyatlar keçirirlər, amma sən uzaqdan təhdidlər səsləndirirsən.