Yerdə atmosfer, dolayısı ilə hava olduğu üçün səs yayılır. Əgər kosmosda hava olsaydı bir sıra göy cisimlərinin səsini eşidə bilərdik. Lakin günəşdən gələn səs 290 desibelin üzərində olacağı üçün bu səslə insan həyatda qala bilməz. Atmosfer günəşdən gələn səsi 125 desibelə qədər endirəcək, lakin 125 desibel reaktiv təyyarənin mühərriki qədər güclü səs deməkdir. Bu səslə yaşamaq insan üçün əzabdan başqa bir şey olmazdı.
🔥Hər şey sadəcə səslə bitmir. Havada hərəkət sürtünmə qüvvəsi yaradır. Kosmosda hava olsaydı bu sürtünmə səsbəbi ilə göy cisimlərinin sürəti azalar, asteroid, meteorit, Ay kimi atmosferi, maqnitosferi olmayan cisimlər daha çox sürtünəcəyi üçün alov topu kimi görünər və ümumilikdə bütün cisimlərin sürəti yavaşlayar. Bu isə cisimlərin qravitasiya mərkəzinə yönəlməsinə səbəb olar. Yəni yer kürəsi günəşə düşəcək.
Sadəcə bununla bitməz əlbətdə. Günəş küləkləri daha şiddətli hal alar, fəzanın tempraturu kəskin qalxar, yerdə atmosfer təzyiqi qalxar. İstənilən halda yaşamaq mümkünsüz olar.