üstündə sibel can ya da nazpərinin şəkli olan o klassik karopka şokoladlar var e…
bax onlardan biri evə gələndə heç vaxt açılmazdı. qəşəngcə servantın üstünə qoyulardı, vəssalam. əgər biz kiminsə evinə qonaq gedəcəkdik, elə o eyni karopkanı da götürüb aparırdıq. sanki evdən-evə gəzən yadplanetli paket.

bir dəfə xalam "eksperiment" elədi – karopkanın qırağına qırmızı qələmlə balaca işarə qoydu. nə bilim, tarix yazdı ya nöqtə qoydu, xatırlamıram. hər nədisə, o şokolad yenə kiminsə evinə yola salındı.

il keçdi, yol çəkildi, asfalt çökdü, dövlət dəyişdi – amma o karopka bir gün yenə bizə qayıtdı. və təbii ki, içindəki şokolad yox idi, amma qapağı bağlıydı, tip-top.

o karopka artıq şokolad yox, nüvə silahı səviyyəsinə çatmışdı. amma bizdə nə var? yenə götürüb servantın üstünə qoyduq, yolunu gözləyir – yeni sahibinə getmək üçün