Minirsən taksiyə, ünvan deyirsən, sürücü başını yelləyir və başlayır: “Mən də vaxtilə universitet oxuyurdum…” 15 dəqiqəlik yol olur sənə bioqrafik film. Hər dəfə düşəndə, “Allah canını sağ eləsin” deməkdən başqa çıxış yolu qalmır.
Amma bəzən elə anlar olur ki, sadəcə dinləməli olursan. O hekayələr bəzən dərs verir, bəzən də sadəcə səni yorur. Hər halda, hər kəsin bir yolu var və bəzən o yolu başqalarının diliylə dinləmək lazım gəlir.