Bizim məhəllədə bir çayxana var, adı “Sahil”di, amma nə sahil var, nə də dəniz. Sadəcə ad qoyublar, bəlkə də romantik görünmək üçün. Orda oturan dayılar sanki ölkənin taleyini həll edir.
Dünən keçdim yanından, eşidirəm biri deyir: “Qardaş, bu pomidorun qiyməti qalxıbsa, deməli seçki yaxınlaşır.” Yanındakı da cavab verir: “Yox e, seçki yoxdu, sadəcə pomidor özünü dəyərli hiss edir.”
Gülməliydi, amma bir az da düşündürücü. Hər kəsin öz nəzəriyyəsi var. Orda oturanlar Google-dan da operativdi. Kim kimlə evlənib, kim işdən çıxıb, kim yeni maşın alıb — hamısı orda müzakirə olunur.
Bu çayxana bizim CNN-di, BBC-di, TikTok-du. Sadəcə bir stəkan çayla bütün dünyanı müzakirə edirik.