Amerikan Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) "Curiosity" tədqiqat robotu Marsda təxminən 3,7 milyard il əvvələ aid olduğu düşünülən qədim dalğa izləri aşkarlayıb. Bu kəşf Marsın keçmişdə daha isti iqlimə və daha sıx bir atmosferə malik olduğunu, həmçinin səthində maye suyun mövcudluğunu sübut edir.
"Curiosity" 2012-ci ildən bəri Mars səthində araşdırmalar apararaq, xüsusilə Qeyl krateri ərazisində torpaq nümunələri toplamaqla planetin iqlim və geoloji tarixini öyrənir. Son tapıntılar, Marsda bir vaxtlar su göllərinin mövcudluğunu təsdiqləyərək, planetin erkən dövründəki ekoloji şərtlər barədə vacib məlumatlar təqdim edir.
Mars səthində maye su kütlələrinin geniş şəkildə yayıldığını və onların uzunömürlülüyünü anlamaq üçün əlavə tədqiqatlara ehtiyac duyulur. Bu araşdırmalar, həmçinin Marsın keçmişdə həyat üçün uyğun bir mühit olub-olmadığını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.