Sürücü kursunda keçdiyin 5 dərslə yolun ortasına çıxmaq olmaz. Ən azı 10 saat əlavə dərs götürməlisən, bunu başdan deyim.

Müəllim deyəcək: “Sən təzəsən, yavaş get”, “sağdan sür”. Amma özünə biraz güvənin varsa, hər deyilənə əməl etmə. Hətta lazım olsa, müəllimini dəyiş, daha sakit, baş aparmayan birini tap.

Muftanı birdən buraxma. Mənim öyrəndiyim əsas şey odur ki, maşın bir 3-4 metr getsin, sonra muftanı rahatca burax. Həyəcanlanma, burax getsin, sonra öz-özünə öyrəşəcəksən.

Tormuzun gücünü heç vaxt unutma. Şəhərdə tez-tez tormuzdan istifadə edəcəksən. Yavaşlamaq istəyirsənsə sadəcə tormuzu bas, amma tam dayanacaqsansa, həm tormuz, həm də muftanı bir yerdə basmalısan.

Axırda da bunu unutma: küçədə maşın sürən elə adamlar var ki, sən onlardan qat-qat ağıllısan. Özünə güvən, əsas məsələ budu.


*mufta - debriyaj
*tormuz - əyləc
Qışqıran təlimçiyə yox, güzgülərə qulaq as. Telefona yox, yola bax. Maşın sənə yox, sən maşına rəhbərlik elə. Hər kəs bir gün “ilk dəfə tək çıxmışam” qorxusunu yaşayıb, sən də yaşayacaqsan. Amma bir gün yolda səninlə paralel gedən avtobusa gözucu baxıb “indi mən də sürücüyəm” deyəcəksən. O günə qədər — sakit ol, sükanı buraxma.