Xoşqədəmdə o çox məşhur olan Medera hospital haqqında danışmaq istəyirəm. Medera hospital girdikdə nəyisə bəhanə edib 170azn alırlar sizdən həmin o bəhanə etdikləri prodsedur da sizdə travma qoyur orası ayrı daha sonra işçiləri dəhşət savadsızdır elə bil it yiyəsini tanımır, hətta adi damara iynə vura bilmirlər gömgöy edirlər qolu. O çox təriflənən Əliosman bəy üçün getmişdik əslində getməyəcəkdik nənəm televizorda görüb və tutdurdu ki gedəcəyik və getdikdən sonra Deməli 50azn verdiyimiz Əliosmanın qəbulunda oturduq Əliosman çox qaşqabaqlı idi heç üzümüzə də baxmırdı və nənəmə bir çox xəstəliyə meyilli olduğunu dedi açıq əməliyyat üçün 10min, sığortanın keçdiyi əməliyyat üçün 3min istədi və çox mədəniyyətsizcə qarşısındakı 70 yaşında qadına xanım yox, adı ilə xitab edirdi. + da nənəmin bel fəqərələrinin qaraldığını dedi, amma nə qədər araşdırsam da tibbdə belə bir şey tapmadım.