Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Addım və qərar doğrudur. Dövlət vətəndaşının evini başına uçurdan bir qüvvə ilə ancaq belə davranmalıdır.

Azərbaycan bütün qüsur və yanlışlarıyla hamımızın evidir. Bu evin içindəki bütün vətəndaşlar da dövlətin qoruması altında olmalıdır. Doğru olan da budur.

Kimsə kefi istədi deyə gəlib vətəndaşın evini başına uçurtmamalıdır. Bunu etmək istəyəndə dövlətdən qorxu hiss etməlidir.