Tələsmədiyim vaxtlarda metro stansiyasındakı oturacaqlarda əyləşib bir müddət bu mübarizəni seyr edirəm. Düşməyə çalışanlarla minməyə çalışanların eyni anda bir-birlərini itələmələri və heç kimin düşüb minə bilmədən qatarın yenidən getməsi və s. çox gülməlidir.
Bir də qatarın ağzınacan dolu olduğu, amma dayanacaqda heç kimin düşmədiyi ssenari var, bu dəfə də insanlar asta-asta içəri sığışmağa çalışırlar, hamısının üzündə bir az utancaq bir ifadə var. Bu da çox sevimli gəlir. Bunlar mənimçün baxma zövqü yüksək olan şeylərdir 🤣