Bu gün özünüzü pis hiss edə bilərsiniz, işlər istədiyiniz kimi getməyə bilər və hətta hər şey üstünüzə yığıla bilər. Ancaq unutmayın ki, hazırda nələr keçirdiyinizin əhəmiyyəti yoxdur. Çünki bir gün ya keçəcək, ya da alışacaqsan. Sən hər iki vəziyyətdə güclüsən. davam et
Afrikada hər səhər bir ceyran günəşlə oyanır.
Ən sürətli aslandan daha sürətli qaçmalı olduğunu bilir, yoxsa öləcək.

Afrikada hər səhər aslan günəşlə oyanır.
Bilir ki, ən yavaş ceyrandan da tez qaçmalı, yoxsa acından öləcək.

İstər aslan, istər ceyran fərqi yoxdur.
Yalnız günəş çıxanda qaçmağa başlayın.
İkimərtəbəli, mansartı olan xudmani, sarı rəngli bir evim olacaq. Evimin dörd bir yanı həyət. Həyətdə sarmaşıqların, çiçəklərin ağuşuna aldığı, dostlarımla, sevdiklərimlə oturmağa bir yer. Qışda həyətdə manqal qalayıb şabalıd qovuracam. Samovar qalayacam. Sevdiklərimlə gözəl vaxt keçirəcəm.

Həyətdə ağaclar olacaq, yaşıllıq olacaq. Yayda anam, həyat yoldaşım otluğun üstündə, ağacın dibində yerdən süfrə hazırlayacaq. Qonaq dəvət edəcəyik. Qızım Günəş dostlarımın övladları ilə həyətdə oynayıb, deyib-güləcək. "Ata" deyib üstümə cumacaq, qucaqlayacaq məni.

Eyvanımız olacaq, bir də Gün işığının səhər yuxudan oyatdığı pəncərələr. Hər səhər o eyvana çıxıb, pəncərəni açıb bir siqaret yandırıb kofemi içə-içə Günəşin istisini, sarmaşıqların, çiçəklərin qoxusunu udacam.

Anam üçün bir mətbəx düzəltdirəcəm ki, 30 ilə yaxın darısqallıqdan çəkdiyi əziyyəti unuda bilsin. Hərənin öz çarpayısı olacaq, hərənin öz otağı olacaq. Hərənin öz çarpayısı olanda o bu dünyadan gedəndən sonra bir çarpayılıq xatirəsi qalır, yeri görünür. Mən hələ də yaşadığım evdə atamın yatdığı yeri tapa bilmirəm.

Bütün çərçivəsiz xoş anlarımızın çərçivəli fotoları qonaq otağının divarlarını bəzəyəcək. Və atam... o isə həmişəki kimi anamın çarpayısının baş ucunda - divardan asılıb ömür gün yoldaşını izləyəcək. Anam yenə də gecə yerinə uzananda atama "gecən xeyirə" deyəcək, səhər yuxudan oyananda "sabahın xeyir". Amma bu dəfə təkcə şəklinə baxıb deməyəcək bu sözləri, həm də yanındakı boş yerlə "kaş yanımda olaydın" deyib söhbətləşəcək gecələr. Qızım Günəşə babasından danışacaq. Babası bizi görüb xoşbəxt olacaq, şad olacaq.

Gələcəkdə doğulacaq qızım, Günəş! Sən doğ(ul)masan qaranlıq olacaq hər yer. Bilmirəm, sən doğulacaqsan, ya yox, amma doğulsan, bir gün böyüyəcəksən və bu məktubu oxuyacaqsan. Mən Azərbaycan kişisiyəm. Mentallıqdan çıxmaq mənim üçün çətindir. İstəyirəm ki, sən sevgini mənim qorxumu gözünə almadan yaşaya biləsən. Amma biləsən ki, həmişə arxandayam, tək deyilsən. Sənə bu vaxta kimi heç bir dini təbliğ etməmişəm, seçimində azadsan. Amma bil ki, Allah var və mənə sənin kimi bir övlad qismət edib.