Hər şey var, amma heç nə kifayət deyil. Məlumata saniyələr ərzində çatırıq, ancaq sülhə çata bilmirik. Sosial media sayəsində hər kəsin həyatına baxa bilirik, amma heç kimə toxuna bilmirik. Seçimlər sonsuzdur, lakin biz onların heç birinə aid olduğumuzu hiss edə bilmirik. Həmişə bir şeyi əldən verdiyimizi hiss edirik, amma əlimizdə olanı qiymətləndirmirik. Həmişə çatışmayan bir şey var, amma heç kim bunun nə olduğunu dəqiq bilmir.
Ən bədbəxt adam, "mən keçmişdə xoşbəxt olmuşam" deyib, keçmişindən aralana bilməyən adamdır.
Bədbəxtliyin əsas səbəbi
Nə istədiyimizi tam bilməməyimiz. Ya da bildiyimizi zənn edib əslində başqasının istədiyi həyatı qovalamağımız. Daim nəyəsə çatmağa çalışırıq, amma hədəfə çatanda da içimizdə bir boşluq qalır.
Çünki məsələ çatmaq deyilmiş — bunu gec anlayırıq. Gözləntilər böyüdükcə, iç rahatlığı kiçilir. Özümüzü başqaları ilə müqayisə etdikcə, azalırıq.
Bədbəxtlik də elə burdan qidalanır — özümüzdən uzaqlaşdığımız yerdən.