Bizdə “müzakirə” dediyin şey adətən qışqırıq, söz atmaq, səsi bastırmaq cəhdidir. Fikri müdafiə etmək deyil, qarşı tərəfi susturmaq önəmlidir. Haqlı olmaq yox, qalib çıxmaq dərdi var. Kimsə sənlə razılaşmırsa, dərhal düşmən kimi davranılır. Dinləmək yox, anlamağa çalışmaq yox. Ən kiçik fikir ayrılığında üz bükmələr, istehzalı gülüşlər, söyüşlər...