Qəşəng bir söz oxudum: "Uçurtma rüzgarın gücüylə deyil, rüzgara qarşı gəldiyi üçün uçar."

Bəzən insanı yüksəldən şey küləyin istiqamətinə getmək deyil, ona qarşı durmaq və mübarizə aparmaqdır. Bəs həyatımızdakı çətinliklər bizi daha güclü və yüksəlişə aparır, yoxsa daha çox yorur, həyatın dadını əvvəlki kimi çıxarmağa mane olur və dəyişdirir?
Mübarizə aparmaq, təkcə kimləsə savaşmaq deyil. Bəzən öz fikirlərinlə, qorxularınla, tənbəlliyinlə mübarizə aparırsan. Hər səhər durub davam eləmək özü də bir döyüşdü. Asan deyil, amma nəticə verən tək yol budu.