Xalq Nadir şahı öldürəndə ağıllarına belə gəlməzdi ki nə vaxtsa bu qəddar adamın ölümü üçün peşman olacaqlar. Bu adamın ölümü ilə Azərbaycan iyirmidən çox yerə bölünəcək, ölkə dəfələrlə işğal olunacaq, hətta yox olmaq təhlükəsi ilə üz-üzə gələcəkdi. Nadirin ən böyük problemi xalqını dinləməməsi, vergilərlə xalqı aclıq sərhəddinə çatdırdığını anlamaması idi. Halbuki bütün bu səhvlərini görsəydi, o Azərbaycanın ən böyük və uzunömürlü dövlətinin banisi, eyni zamanda ən ədalətli şahı ola bilərdi.
İranın Afşar sülaləsinin qurucusu və 1736-1747-ci illərdə şahı olmuş sərkərdə və hökmdardır. O, İranda Səfəvilər dövlətinin zəifləməsindən sonra hakimiyyətə gəlmiş və geniş əraziləri fəth edərək imperiyasını gücləndirmişdir.