NFT = Non-Fungible Token. Yəni dəyişdirilə bilməyən rəqəmsal mülkiyyət. Rəsm, musiqi, video, tvit… istənilən şey.
2021-də hamı bir-birinə “bax mənim maymunum var” deyirdi. İndi isə çoxları “o maymunu niyə aldım?” deyir.
Əgər sən dizayner, artist, yaradıcı adamsansa — NFT ilə qazana bilərsən.
Amma sırf pul üçün girirsənsə, yaxşı düşün. Bazar soyuqdu indi.
🔹 Azuki – Yüksək keyfiyyətli anime tərzində NFT kolleksiyası, icma tərəfindən böyük maraq görür.
🔹 Pudgy Penguins – Unikal dizaynı və güclü icması ilə NFT bazarında populyarlığını qoruyur.
🔹 DeGods – Solana ekosistemində ən çox müzakirə olunan NFT layihələrindən biridir.
🔹 Ordinal NFTs – Bitcoin blokçeynində yaradılan yeni NFT formatı, bazarda innovativ yanaşma təqdim edir.