“İl dəyişən kimi kommunal xidmət (işıq, qaz) qiymətləri yenə qalxdı. Ərzaq, ev, torpaq hər şey elə bahadır ki, sanki milyonerlər ölkəsindəyik (BƏƏ). Yazmayacağam mən də bundan sonra. Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil”
Bu sözləri Nura Suri deyir. Halaldır hecolmasa fərqlilik edir, digərləri kimi harda gəldi yaltaqlıqla məşğul deyil
Nura Suri Mədəniyyət Nazirliyini bir sıra ciddi ittihamlarla tənqid edib.

Müraciətlərinə əsasən, o deyir ki:

Dövlət tədbirlərində sənətçilər “pulsuz oxuyublar”, amma həmin tədbirlər üçün ayrılan vəsaitlər Nazirlikdə mənimsənilib.

Teatr, muzey kimi mədəniyyət qurumlarında klip çəkilişləri yalnız pul verənlər üçün mümkündür.

İcazə almaq prosesi ədalətsizdir və şəxsi əlaqələr rol oynayır — məsələn, müəyyən nazirlik işçiinin adını çəkib.

Bəzi sənətçilərin tədbirlərə qoşulmaq üçün nazirliyin müəyyən şəxslərinə bahalı hədiyyələr və ya pul verdiyini iddia edir.