Yeni nəsil bataqlıqdır

Əvvəllər yalnız ənənəvi kazinolarda oynanılan qumar oyunları, indi o qədər sadələşdirilib ki, cib telefonuna bir toxunuşla oynamaq mümkün olub. Hər saat yeni bir onlayn kazino, slot və ya idman mərc saytı açılır. Hədəf isə eynidir: oyunçunu son damlasına qədər soymaq.

İlk mərhələdə insanı azacıq qazancla sevindirirlər. "Bu işdə bir iş var" dedirdirlər. Sonra itkilər başlayır. Oyunçu uduzduqca hirslənir, daha böyük məbləğlərlə oynayır, daha çox uduzur. Geri qaytarmaq istədikcə daha da batır. Bu sistem adamı sanki içindən çəkib udur. Ayılanda isə artıq gec olur — böyük borclar, stres, çarəsizlik.

onlayn qumar asılılığı artıq real bir təhlükəyə çevrilib. Ən narahatedici tərəfi isə odur ki, bu bataqlıq sanki bilərəkdən hər kəsin ayağının altına qoyulur. Google axtarış nəticələri bu zərərli saytlarla dolub-daşır. Elə bil cəmiyyətin hər üzvünə "buyur, sən də düş bu quyuya" deyirlər
Başda “bir az qazanım” deyirsən, sonra hər şeyini itirirsən. Onlayn qumar səssizcə çəkir səni içinə. Pul da gedir, əsəb də