film tamamilə gerçək bir hadisəyə əsaslanır. bir ailənin anası dünyasını dəyişmişdir və ailənin 5 yaşlı kiçik qızı Mişel də xəstədir, qaraciyər transplantasiyasına ehtiyacı var. ailə üzvləri ananın ölümündən sonra balaca Mişelin də ölməsini istəmirlər və Tanrıya dua edirlər. onların qarşısına mələk kimi bir insan çıxır və diğərqanlılığın (başqasını düşünməyin) heçə sayıldığı Amerika dövlət fəlsəfəsinin hakim olduğu cəmiyyətdə diğərqanlılığın zirvəsini bu filmdə görmək mümkündür.
səhiyyə xidməti insanın ən əsas ehtiyacıdır. amma Amerika cəmiyyətində ən çox qazanc gətirən sahə məhz səhiyyə sektorudur. ABŞ-da səhiyyə sistemi özəl əsaslıdır. filmdə qızına qaraciyər transplantasiyası etdirmək istəyən atanın xəstəxana xərcləri üçün lazım olan yüksək məbləğdə pul ehtiyacı, əslində, Amerikanın səhiyyə sisteminə bir tənqid xarakteri daşıyır. Amerikada eyni zamanda tibbi sığorta da çox bahadır. “pulu yoxdursa, öl” məntiqi hakimdir. Əli Şəriətinin dediyi kimi, liberalizmdə “zəif olan əzilsin” anlayışı var.
həm sosioloji yönü ilə, həm də insanda potensial yaxşılıq baxımından gözəl bir filmdir.