Əgər həyat yoldaşınız ölürsə, dul qalırsınız . Əgər uşaqsansa və ata-anan ölübsə, yetimsən . Amma övladı dünyasını dəyişən valideynləri ifadə etməyə söz yoxdur. məncə bu çox dəhşətli bir şeydir
Allah heç bir kəsə bu acını yaşatmasın
Həyatda qadın üçün bütün sevgilərdən üstün bir sevgi var:Övlad sevgisi,bütün qadınlar bu sevgini yaşadıqdan sonra anlayır həyatın mənasını.Qadın zərif ola bilər,amma,ana olduqdan sonra,güclü olmağı,mübarizə aparmağı,həyata tutunmağı öyrənir.Bir ananın övladı üçün edə bilməyəcəyi heç nə yoxdur.Bəzən bir ömrü hədər edər,ən ağır işgəncələrə dözər analar.Ana bilirsiz nə vaxt bədbəxt olur?Övlad nankor olanda.(Mənim üçün nə etmisən deyəndə)Cənnət anaların ayağı altındadır.Çalış orda yerin olsun.
Övladın ölməsi, ən böyük acıdır. O qədər dərin bir ağrıdır ki, sözlə ifadə etmək çətindir. Amma hər bir ağrıda bir dərs, bir sabır var. Allahın verdiyi qüvvətlə bu imtahandan da çıxmaq mümkündür.