Səhv etdikdə özünə haqq vermək, kədərlənəndə sarılacaq biriymiş kimi öz çiyninə söykənməkdir əslində. Başqasının təsdiqinə ehtiyac duymadan “mən belə biriyəm” deyə bilməkdir.

Qüsurlarınla, artıqlarınla, keçmişinlə, hətta ən qaranlıq halınla barışmaq... Çünki başqası səni nə qədər çox sevsə də, sən özünü sevmədikcə o sevgi içəri keçmir.
Özünü sevmək təkəbbür deyil. Sadəcə “mən də dəyərliyəm” deməkdi. Başqalarından əvvəl bir az da özünü düşünməkdi. Özünü sevməyən, heç kimi də düzgün sevə bilməz