Prezident İlham Əliyev 7 noyabr 2025-ci il Sərəncamı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adını vermişdir.
Azərbaycanın ən yeni tarixində adını qızıl hərflərlə yazan, Aprel döyüşlərinin unudulmaz qəhrəmanı. Astara rayonunun Əzərüd kəndində doğulan Teymurov, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) kəşfiyyatçı-diversant taborunun giziri olaraq xidmət edib.
2016-cı ilin aprelində cəbhə xəttində gərginləşən vəziyyət zamanı, Tərtər rayonu istiqamətindəki Talış yüksəkliklərinin azad edilməsi uğrunda gedən döyüşlərdə ön cəbhədə yer alaraq qəhrəmancasına şəhid olub.