Düşünürəm ki, bəzi şeylər haqqında ciddi qərarlar verilmelidir artıq. Çünki bu qərarsızlıq ən çox insanın özünü bitirir. İndiyə kimi bəzi məsələlərdə "bəlkə" ilə yaşamışam,yada qəbullana bilməmişəm, özüm üçün çox vaxt ikinci seçim qoymamışam. Sırf isdədiyim üçün işi lazım olan kimi deyildə, içimdən gəldiyi kimi etmişəm... Amma bəzi hallarda istədiklərimiz şeylər bizi çox da xoşbəxt etməyə bilər... Həyatımızdakı ən doğru qərarların bizi sevindirməsi, bizim üçün ən yaxşı olma diləyi ilə
"Xoşbəxtsənmi?" Bu çox çətin bir sualdır. Hər zaman bəli deyirəm, çünki dostlarım var, zarafatlarına gülürəm, hardasa görüşürük, əylənirik. Həyatım o qədər də pis sayılmaz və çox şükür ki, çox problemim də yoxdur. Daha pis həyatım ola bilərdi. Amma sonra bir gecə yari oyanıram, həyatı düşünürəm, özümü qəlbimin necə ağladığı halda tapıram. Özümü çox pis hiss edirəm və sahib olduğum hər şeyi sorğulamaq məcburiyyətində qalıram. Xoşbəxtəm ya deyiləm, bunu bilmirəm....