Həqiqətən də qadının (ayrıca bax: xəyanət)i ilə kişinin xəyanəti tamam fərqli imiş. Nəyə görə kişinin xəyanətini bağışlamaq olar, amma qadının xəyanətini bağışlamaq olmaz?
Çünki kişi xəyanəti fiziki edir, 5 dəqiqəlik həvəs yaranır kişidə, o da onun təbiətindən irəli gəlir, yəni bu, tam onun nəzarətində olmaya bilər. Amma qadın xəyanət edirsə, bu, emosional bağlılıqdan doğur, hisslərini verir və bağlanır.
Xanımlar bunu qəbul etməsələr də, qadınlar kişiləri bağışlamalı və qəbul etməlidirlər. Çünki o, uşaqlarının atasıdır. Əsas odur ki, səninlə birlikdə yaşayır, evinə baxır, ehtiyaclarını ödəyir.
Bu səbəbdən kişinin xəyanəti o qədər də xəyanət sayılmır.
Amma qadının xəyanəti ağırdır. Çünki kişi üçün qeyrət anlayışı qadına bağlıdır. Qadının qeyrətini kişi çəkir, amma kişinin qeyrətini heç kim çəkmir.
Ona görə də kişinin xəyanətini bağışlamaq olar, amma qadının xəyanətini bağışlamaq olmaz.
Xəyanət hər zaman bir münasibətin sonunda olmur, bəzən dostluğun, bəzən ailənin içində başlayır. Sən kimisə öz ailən bilirsən, amma o, səni sadəcə seçimlərindən biri kimi görür. Xəyanət sadəcə aldatmaq deyil, xəyanət, güvəndiyin birinin səndən xəbərsiz başqa seçim etməsidir.
Kişi xəyanəti və qadın xəyanəti arasında fərq yoxdur. Xəyanət qadın üçün nədirsə, kişi üçün də eynisidir. Namus, əxlaq təkcə qadına aid deyil.Xəyanət etmək kişiliyin yox , şərəfsizliyin göstəricisidir. Xəyanət edənin qarşı tərəfdən sədaqət gözləməyə haqqı yoxdur.
Ümumiyyətlə qadınla kişinin xəyanəti bir deyil. Kişinin xəyanəti uşaq kimi qısa həvəs oldu ötdü. Qadında elə deyil qadın əvvəl sevmelidi adamı, sonra qarşı tərəfə şans tanıyır həmin adamı tanıyır yə'ni qadın düşünülmüş planlı şəkildə eləyir. Kişi ama yox. Oldu oldu olmadı olmadı