Azərbaycan patriarxal bir ölkədir və patriarxal ölkələr ümumiyyətlə ən bədbəxt ölkələr olur. Cəmiyyət daxilində rollar dəyişmədiyi üçün qadınlar daim özlərini fədakarlıq edən tərəf kimi görür.

Qadınla kişi arasındakı gəlir bərabərsizliyi də bu problemi daha da dərinləşdirir. Kişi daha çox qazandığını düşünərək evdəki bir çox məsuliyyəti qadının üzərinə atır. Üstəlik qadınlar da kifayət qədər dəyər və diqqət görmədiklərini hiss edirlər.

Nəticədə bu narazılıq yığılıb qalır — çünki sevgi təkcə maaşla, fədakarlıq da təkcə səbrlə ölçülmür.