Ən sağlam dostluq forması budu. Çünki arada qarşı cinsə görə paxıllıq-filan olmur.

Amma kənardan baxanlar, ya da bunların sevgililəri çox vaxt səhv başa düşür. Xüsusən də sevgililər ucbatından bu dostluq uzaqdan-uzağa davam eləməyə başlayır.

Dost uzaqda olanda, bəzən çatmamaq hissi başqa duyğular doğura bilir. Tərəflərdən biri də bu duyğunu səhv başa düşüb “sevgi” kimi qələmə verə bilər. Onda da o biri tərəf başa düşən olur, kömək eləyir ki, dostu o hissdən qurtulsun.

Əgər səhv eləyən tərəf “mən sənin həyatından çıxmaq istəyirəm” desə də, gedə bilmir. Onsuz da getməyin mənası yoxdu. Oturub danışırlar, hər şeyi qəbul eləyirlər. Vaxtında paylaşdıqları şeyləri bir dəqiqəyə silib atmazlar.

Bu da göstərir ki, qız-oğlan dostluğunda olan hər cür “qısaqapanma” tez sağalır, məsələ böyümür.