Evə gəlirəm, qapıya çatmamış blokda top səsi, qışqırıq, “penaltiii!” qışqıran uşaqlar. Mən də ayaqqabımı çıxarmamış hiss edirəm ki, əsəblərim ayaqqabıda qalıb. Deyirəm bir şey deyim, sonra yadıma düşür – mən də vaxtında eyni cür başqalarını bezdirmişəm. Karma deyirlər, düz deyirlərmiş.