Caravaggio-nun “Meduza” əsəri Renessans dövrünün ən xarakterik əsərlərindən biri olmasına baxmayaraq, bu gün populyarlığını itirmişdir. Caravaggio-nun öz üslubuna nisbətən fərqli olan, başı kəsilmiş Meduza təsviri İtalyan barok sənətinin də ən spesifik nümunələrindən biridir.
İlk olaraq bizim diqqətimizi çəkən şey, başı kəsilmiş Meduza-nın üzündəki təəccüb və gözlərindəki qorxu hissidir. İfadələr dəhşəti əks etdirərkən, məhdud kölgə istifadəsi və işıq vurğusu ilə yalnız detallar üzərində nə qədər işlənildiyini və dəqiqliklə işıqlandırıldığını görmürük, eyni zamanda bu əsərin mənəvi anlatımının estetikadan önə keçməsi planlaşdırıldığını da görə bilirik.
Realist insanabənzər vizual və mifoloji obrazın emosional vurğusu, doğru və güclü işıq vuruşları, fərqli rəng istifadəsi ilə absurd dərəcədə uğurlu kontrastlar və 3D hissi verən uğurlu tenebrizm (qaranlıq və işığın qarşıdurması) texnikası əsərə bənzərsiz bir dəyər qatır deyə bilərik, məncə..
Meduza-nın ifadəsi ilə yanaşı, realistik ilan təsvirləri də dramatik effekti dəstəkləyir. Kəsilmiş başdan axan qan, Meduza-nın dəhşət ifadəsi, ikonik anatomiya işi və ilan fiqurları ilə faciə hissini izləyiciyə uğurla çatdırır.
Əsərim başqa bir diqqətçəkən xüsusiyyəti işıq və kölgələrin ustalıqla istifadə edilməsidir. İnsan fiqurunun detalları və rəng harmoniyası sayəsində Meduza-nın sanki tabloya baxan insana doğru baxdığı təəssüratını yaratmasıdır. Bu təsir zaman-zaman tablo haqqında əsassız əfsanə və şayiələrin yaranmasına səbəb olmuşdur. Bu hal isə əsərin 19 və 20-ci əsrlərdə populyarlığını əhəmiyyətli dərəcədə artırmışdır.
Əsər, taxta üzərinə yerləşdirilmiş kətan üzərində yağlı boya ilə çəkilmişdir. Hazırda İtaliyanın Florensiya şəhərində yerləşən Uffizi Muzeyində sərgilənir.