Bəlkə də qəribə səslənəcək, amma içimdə bir "rahatlıq" hissi var, yox, bu adi "rahatlıq" hissi deyil, bu sanki illərdir bitirə bilmədiyin bir şeyin sonunu gətirmisən, ya da nənə gildə bayramda bütün qohumlar yığışıblar, ya ac evə gəlmisən və ana ən sevdiyin yeməyi bişirib, ya da maaşın təzə karta köçüb, sanki 6cı sinifdə oxuyursan və yay tətilidi, soyuğ olan hava birdən istiləşməyə başlayıb da ola bilər. Çox qəribə hissdir, necəliyini ancaq belə cümlələr ilə başa sala bilərəm.
Heç kim səni sənin qədər düşünmür. Nə qədər çox şeyləri tutmağa çalışsan, onları bir o qədər tez itirirsən. zaman heç kimi gözləmir. Zərər çəkirsən, kədərlənirsən, amma səhər durub davam edirsən. Çünki həyat məna axtaranlara deyil, irəli gedənlərə doğru axır.