Kventin Tarantinonun filmi ( ing.inglourious Basterds). bu film deyil, başdan-ayağa sənət əsəridir. Tarantino elə bir dünya qurub ki, adam baxanda sadəcə film izlədiyini unudur. Hər səhnə, hər dialoq o qədər yerli-yerindədir ki, heyran qalmamaq mümkün deyil. Hans Landa obrazı? Möhtəşəm! Adam sanki o rolu yaşayıb. Final səhnəsi isə... bax, o səhnə məni hələ də düşündürür. Filmin təsirindən çıxa bilmirəm, vallah. Bu filmə tərif azdır. Bu filmə aşiq olmaq lazımdır.
İlk dəfə kinozalda izləmişdim. Hələ də ara-sıra açıb baxıram. Əfsanə bir filmdir. Tarantino çəkdiyi filmdir axı təəccüblü deyil.