SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusunun) – İranın əsas hərbi və siyasi güc strukturlarından biridir. 1979-cu ildəki İslam İnqilabından sonra, İranın mövcud hökumətinin müdafiəsini təmin etmək məqsədilə qurulmuşdur. SEPAH, həmçinin İranın təhlükəsizliyini qorumaq, ölkə daxilindəki hərbi əməliyyatları idarə etmək və xarici siyasətdə İranın maraqlarını müdafiə etmək üçün fəaliyyət göstərir.