Ünsiyyət çatışmazlığı: Bir çox münasibətlərdə ən çox rast gəlinən səbəb düzgün ünsiyyətin olmamasıdır. Fikirlər və hisslər düzgün şəkildə ifadə edilmədikdə, qarşı tərəf bəzən yanlış anlaşılmalar və ya düşünülmədən edilən hərəkətlərdən dolayı incik ola bilər.

Etibar itkisi: Sevgilinizin sizi aldatması, yalan danışması və ya başqa bir şəkildə etibarı sarsıdan hərəkət etməsi inciklik və kədərlənməyə səbəb ola bilər.

Qeyri-bərabər münasibətlər: Bir tərəfin münasibətdə daha çox verilən tərəf olması, başqa tərəfin isə daha çox alması və ya diqqətsiz davranması sevgilinin inciməsinə səbəb ola bilər.

Düşünülməmiş sözlər və davranışlar: Həmişə bir söz və ya hərəkət qarşı tərəfi qırmağa səbəb olmaya bilər, amma bəzən düşündüyümüzdən daha çox üzə bilər.

Ağırlıqlı həyat məsələləri: İş və ya ailə problemləri kimi başqa stress mənbələri, münasibətdəki problemləri daha da gərginləşdirə bilər.
Əzizlərim özünüzü aldatmayın.
Sevən insan axtarar,yazar,əlində işi olar işini atar,bəhanələr tapar ünsiyyətə keçər,çabalayar,özünü hiss etdirər,dəyər verər.Yəni ki,düzgün insanı seçin sadəcə))
Özünüzə doğru həyat yoldaşı seçin. Doğru insan sizin üçün hər zamanlıq ən dəyərli varlıqdır. Yaxşı dostlar, ailə fərdləri, çevrəniz ola bilər amma nəticədə hər kəsin öz həyatı var. Yaşa dolduqca məsuliyyətləri də dəyişir və artır. Heç kim sizinlə davamlı məşğul ola bilməz, dərdinizi dinləyə bilməz, birlikdə gülüb birlikdə ağlaya bilməz, qayğınızı çəkə bilməz. Vaxt gəlir valideynlər dünyadan köçür. Hətta evdə saxladığımız pişik belə qapı açılan kimi çölə, öz həyatına doğru qaçır.
Kobud anlaşılsın istəmirəm lakin fikrimcə sevgisiz böyümüş insanlar, ikili ilişkilərdə ən çox problem yaşayan insanlardı. Yaşadığı ailədən gəlməyən sevgi, onu fərqli yollarla, qərarlarla qarşılaşdırır. Sevgisizliyin yaratdığı dağıntının əsarəti altında ikən oradan qurtulmaq üçün daha çox səhvlər edir və çıxılmaza düşür. Sevgisizlik o qədər fərqli problemlərə qapı açır ki. O qədər çöküntülər yaradır ki. Fərqindəlik olmadığı müddətcə də davam edir. Doğulduğun ev soyuqdusa, heç bir ev səni isitməz)
İnsan hiss olunmadığı yerdə tükənir.
“Yorulmuşam” deyirik, amma əslində diqqətsizlik yorur, laqeydlik yorur.
Nəfəs daralır, amma səbəb stress deyil — səssizlikdi.
Səni görə-görə görməmələri.
Yanında olub yoxmuş kimi davranmaları.