uşaqlığından tutmuş nələr yaşadığını, nələr etdiyini, necə bir həyat keçirdiyini dəli kimi maraq edirəm, bilmək istəyirəm. amma ən yaxşı halda adama narahatlıq verə biləcək axmaq bir istəkdir.

heç vaxt istəmirəm biləm ki, məndən əvvəl kimlə nə edib, nə yaşayıb, neçə sevgilisi olub, onlara nə hiss edib və s. bilsəm nə olacaq ki? “mən bunu bəyənmədim, geri dön və bunu dəyişdir” deyə biləcəm? yox. ona görə də heç vaxt soruşmamışam, danışmasını da istəmirəm. amma bəzi şeyləri mən soruşmadan özü danışıb

əgər bilinməsi vacib olan, sağdan-soldan qulağa çata biləcək bir vəziyyət varsa (çünki boşboğaz adam çoxdur), ya da keçmişdə can yandıran, incidən, travma yaradan şeylər varsa, bunlar onsuz da gec tez bilinəcək
bir münasibətdə sadəcə iki nəfər olmalıdır və həmin iki nəfərin öz aralarında nə yaşamasına baxılmalıdır. hər şeyi çox qurdalamaq da elə poxu qurdalamaq kimidir – nə qədər qarışdırırsansa, o qədər qoxacaq. ona görə ən yaxşısı sifonu çəkməkdir))

bir də onu deyim ki, ətrafınızdakı insanların keçmişini detallı şəkildə bilə bilsəydiniz, vallah, atanız-ananız da daxil olmaqla hamıdan soyuyardınız. ona görə istəməyin belə şeylər.