Sosial ədalət və bərabərlik müzakirə edilərkən çox siyasətçi bu mövzuda yüksək səslə danışır.
Amma praktika? İşlər elə də yaxşı getmir.
Çox siyasətçi fərqli təbəqələr üçün yaxşı şüarlar atır, amma real addımlar atmağa gələndə məsələ dəyişir.
Sosial məsələlər – yoxsulluq, təhsil, səhiyyə – hər biri ən əsas məsələlərdən olmalıdı, amma siyasətçilər daha çox öz maraqlarını təmin etmək üçün mübarizə aparır.
Gerçək sosial ədalət hər şeydən əvvəl real addımlar atmağı tələb edir, amma siyasət elə görünür ki, daha çox boş sözlərdən ibarətdir.
Bəzən düşünürəm ki, bu mövzular sadəcə seçki zamanları üçün yaradılır, sonra unudulur.