Oyanırsan. Soyuq və süni bir səssizlik sarır ətrafını. Gözlərini açdığında bir kosmik gəminin içində olduğunu anlayırsan. Əvvəlcə yuxu sandığın bu hal, hər nəfəsində reallığa çevrilir. Yavaş-yavaş dikəlirsən, qollarını yana açıb ətrafına baxırsan. Heç kim yoxdur. Nə bir addım səsi, nə bir çağırış. Yalnız sənsən.
Gəminin içi nəhəngdir; metal divarlar səsləri əks etdirir, amma insan səsi deyil — yalnız öz addımlarının səsi səslənir. İçəridə həyat dəstək sistemləri işləyir. Yemək, su, qalacaq yer kimi əsas ehtiyaclarını ödəməyə imkan verən avadanlıqlar var. Yəni fiziki olaraq sağsan. Amma zehni olaraq... əmin deyilsən.
Ölmüsən, yoxsa hələ də yaşayırsan? Bu sualın cavabı, boşluqda süzülən bir ulduz qədər uzaqdır. Ətrafında yalnız xatirələrin var — qeyri-müəyyən, yarımçıq xatırladığın, doğrudan yaşanıb-yarandığını ayırd edə bilmədiyin anılar. Zaman anlayışını itirmisən. Oyananda başladığına əmin olduğun bu təkliyə, bəlkə də çoxdan bəri həmsənsən. Gəmi səssizliyini qoruyur, sən isə varlığını sorğulayırsan.
Ölümdən sonrası deyiləndə, ağlıma həmişə belə bir şey gəlir.