Bəzən gələcək məni qorxudur. Nə olacaq, necə olacaq, nələr yaşayacağam… Bilmirəm. Amma bildiyim bir şey var: Allah mənimlədirsə, heç nədən qorxmağa dəyməz. Hər şeyin nəzarəti Onun əlindədirsə, niyə narahat olum ki? Mən çırpınmağı yox, təvəkkül etməyi öyrənirəm.