uşaqlığı bakıda keçib, anası məşhur bəstəkar şəfiqə axundova olub. hələ 18 yaşından bəstəkar və pianoçu kimi tanınıb. “belə qəmli dayanma”, “qarabağa dolan bulud”, “sənsiz yaman darıxmışam” kimi mahnıları dillər əzbəri olub. flora kərimova bir dəfə ona “insan orkestr” deyib – tək piano ilə orkestr effekti yaradırmış. amma həyatının sonu acı olub. ruhi xəstəliklə mübarizə aparıb və 48 yaşında, maştağada dünyasını dəyişib. ən dəhşətlisi isə anasına oğlunun ölümünü 40 gün gizlədiblər. həm parlaq istedad, həm də faciə dolu bir ömür.