İnsan tanımadığı biriylə daha rahat dərdləşir məncə. “Onsuz da onu bir də görməyəcəm ki” düşüncəsi rahatladır onu. Çünki, insan yaxınlarına bəzi şeyləri etiraf edə bilmir, qəlbindəki yükdən xəbərdar olmağını istəmir bəlkə də. Bəlkə də onu həmişə şən, pozitiv biri kimi tanısın istəyir)
Bəzi insanları son dəfə nə vaxt qucaqlayacağınızı heç vaxt bilmirsiniz. Daha da ağrılısı odur ki, bəzi insanları son dəfə qucaqladığınızı bilirsiniz və istəmədiyiniz halda vidalaşırsınız... Bəzi vidalar boğazınızda ilişib qalır və heç nə deyə bilmirsiniz