Bir adanın bu qədər gündəmdə qalması, əslində böyük güclərin oyunundan xəbər verir. Çin “mənimdir” deyir, ABŞ “toxunma” deyir. Amma Tayvan da oturub baxmır – texnologiya ilə dünyanı özünə möhtac edib.
Çinin Tayvan üzərində iddiaları 2025-ci ildə də davam edir. ABŞ və bəzi Qərb ölkələri Tayvana hərbi dəstəyini artırır. Çin isə regionda daha sərt hərbi təlimlər keçirir. Bu vəziyyət Asiya-Sakit okean bölgəsində təhlükəsizlik üçün ciddi təhdid yaradır. Müharibə riski hələ də yüksək olaraq qalır.