Bu, bir növ Cybertruck-ın ön hissəsinin dizaynını xatırladır. Bununla yanaşı şirkət ənənəvi arxa faraları mono fara ilə əvəzləyib. Yenilənmiş Model Y-ın salonunda Model 3-dəki kimi zolaq formalı işıqlandırma mövcuddur və onun rəngini dəyişmək mümkündür. Arxa oturacaqlar hissəsinə isə əlavə sensorlu ekran quraşdırılıb. Salonun ön hissəsində dizayn Tesla-ya xas olan dizayndır. Yenilənmiş asma hesabına bu Model Y-da səyahət daha axıcı olub.
Adi versiya 35 900$-a, Model Y Long-Range AWD adlı versiya isə 41 400$-a satılacaq. Yenilənmiş Model Y-ın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.