türk sözlərini gündəlik həyatında isdifadə eliyənnər mənə xoş gəlmirdə. Toplum, trip, tatmin və bunun kimi sözləri hər dəyqə işlədillər. Arada zarafata bir iki söz deyərsən, hansısa kinodan bir replikanı işlədərsən amma, hər 3 kəlmədən bir bir dənə türk sözü işlətməy nədi? Bu serialların bu millətə vurduğu ziyanın sayı hesabı yoxdu
Bizim nəsilin ağzından çaşıb 1 kəlmə türk sözü çıxsa hamı başlayır ki bəs öz dilində danış, nə bilim kinoya baxıb özünüzü türk saymayın. Amma çöldə rusca danışan n qədər insan var və rusca danışanla hələ bir durub rusca danışırlar. Keçən dəfə xəstəxanada bir qadın mənimlə rusca danışır məndə deyirəm Azərbaycanca danışın, sizi başa düşmürəm. Ətrafda hamı başladı tərcümə eləməyə elə bil mən bunlara deyirəm mənə tərcüməçilik edin. Nəysə sonra gördüm ki Qadın bizi yaxşıca başa düşürdü. Çox təəssüf ki, hələdi sovet idealogiyasından çıxmayan kifayət qədər kütlə var və onlar rusca danışmaqla elə bil özlərini fəqli hiss edirlərmi deyim, zadəgan hiss edirlərmi deyim nə deyim bilmirəm. Baxın dediklərim yanlış anlaşılmasın mən dil bilməyin çox gözəl şey olduğunu bilirəm amma yaşadığın ölkənin dilində danışmaq da bir mədəniyyətdir məncə.