Türk dil ailəsinə aid olan Uyğur dilini danışan və əsasən Çinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan etnik qrupdur. Uyğur türkləri, tarixən Orta Asiyanın şimal-qərbində və Qərbi Çinin Sincan bölgəsində məskunlaşıblar. Bu xalqın özünəməxsus mədəniyyəti, dini inancı və tarixi vardır.
Türk tarixində ilk dəfə köçərilikdən oturaq həyata keçib mədəniyyət quran türk boyudur. Keçmiş uyğurlar qarluq türkləri olmasa da sonradan qarluqlarla qarışıb indiki uyğurları əmələ gətirmişdir. Uyğurlara ən yaxın etnik qrup digər qarluq boyu olan özbəklərdir. Çinin təzyiqi altında assimilyasiya olunmağa üz tutan uyğurların sayı haqqında da dəqiq məlumat yoxdur.