Keçənlərdə bir məlumat oxudum;

"İtalyan mafiyasının prinsiplərindən biri də, həyat yoldaşına heç vaxt xəyanət etməməkdir.
Çünki, gözünü yumub yanında yatacaq qədər sənə güvənən birinə xəyanət edə bilirsənsə, heç kimin etibarına layiq deyilsən."

Xəyanət edən hər kəsə aiddir.
Biraz düşündürücü sözdür, bəlkə düşünəsiniz...
Xəyanet sırf bədən təması ya da cinsəllik ilə əlaqəli deyil. Bir baxış, bir gülüş, bir yalan da xeyanətdir. Ən böyük xəyanət isə ümidlər ilə arzular ilə oynamaqdır
Bir dəfə etibarımı sındıran adam üçün ikinci şans yoxdur. İnsan səhv edər, başa düşərəm, amma xəyanət edən adam dəyişmir. Onlar sadəcə daha yaxşı yalan danışmağı öyrənir. Mən belə insanlara qarşı sadə bir qayda tətbiq edirəm. Var idin, yox oldun!