Xoşbəxtlik çox zaman xarici şərtlərə bağlı qonaqdır;
bir xəbər ilə gələr, bir xatirə ilə parlayar, bir təbəssümlə artar.
Amma gəldiyi kimi gedə də bilər.
Çünki xoşbəxtlik, ürəyin qığılcımıdır — müvəqqətidir, parıltılıdır, asılılıq yaradar.
Onu yenidən yaşamaq istəyərsən, həmişə daha çoxunu gözləyərsən.

Hüzur isə elə deyil.
O, xarici dünyadan yox, daxili barışdan qidalanar.
Bir şey olduğu üçün yox, artıq bir şeyin olmaması ilə gələr:
Dava-dalaş yoxdursa, qorxu yoxdursa, gözlənti yoxdursa… hüzur var.
Hüzur, həyatın ortasında sakitcə oturub “hər şey öz yerindədir” deyə bilməkdir.

Xoşbəxtlik alqışlarla dolu bir səhnə,
hüzur isə səhnə arxasındakı dərin sükutdur.
Biri gəlib keçər, o biri qalır.
Və insan müəyyən bir yaşdan sonra xoşbəxtliyin yox, hüzurun dalınca düşər.
Çünki ürəyin həqiqətən dincələ bildiyi yeganə yer, elə orasıdır.

Mən səndə hüzur tapırdım, ruhum səninlə dincəlirdi. Bu hüzur məni xoşbəxt edirdi…