Azərbaycan Respublikasının cənub-şərqində, dağlıq ərazidə yerləşən bir inzibati ərazi vahididir. İnzibati mərkəzi Yardımlı şəhəridir. Rayon 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə yaradılıb, 1938-ci ildə isə indiki adını alıb. Ərazisi 66720 hektar sahəni əhatə edir və bunun 20536 hektarı meşəlikdir. Yardımlı İran İslam Respublikası ilə, həmçinin Azərbaycanın Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir.